Logo

Abşeron rayon məktəblərinin abituriyentləri BMU-da olublar

26.05.2025 17:02 98 baxış
IMG

Abşeron rayonundan olan abituriyentlərin Bakı Mühəndislik Universitetinə (BMU) ekskursiyası təşkil edilib.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, rayon üzrə ümumilikdə 200-dən artıq abituriyent maraq göstərdikləri ixtisaslar üzrə ali məktəbin tədris korpusları, laboratoriyaları ilə yaxından tanış olublar.

Tanışlıq zamanı dekan və kafedra müdirləri tərəfindən abituriyentlərə BMU-da nəzəriyyə ilə təcrübənin birləşdirilməsi, tədqiqatların aparılması, startapların hazırlanması üçün mövcud əlverişli imkanlardan geniş bəhs edilib. Bundan başqa, tələbələrin asudə vaxtının təşkili ilə bağlı yaradılan şərait və universitetin müasir yataqxanaları haqda da zəruri informasiyalar təqdim olunub.

Abituriyentlərə, həmçinin BMU-da tədris edilən və açılacaq yeni ixtisaslar barədə məlumat verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Xəbər lenti