Bakı Ali Neft Məktəbinin (BANM) “Stranger Pings” komandası “PASHA Hackathon 5.0” texnologiya yarışmasında uğurla çıxış edərək III yerə layiq görülüb və 2 min manat mükafat qazanıb.
Ali məktəbdən TƏHSİL.BİZ -ə bildirilib ki, bu yarışma Azərbaycanın ən böyük 48 saatlıq texnoloji tədbirlərindən biri hesab olunur.
Komanda informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələrindən Radmila Musayeva, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət olub. Yarış zamanı onlar “Casco” sığorta prosesini sürətləndirməyi hədəfləyən innovativ bir tətbiq hazırlayıblar.
Komandanın mentoru BANM-in İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihad Əlilidir.