Logo

Azərbaycan üzrə PISA 2025 davam edir

20.05.2025 18:09 42 baxış
IMG

Azərbaycanda 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahələrində bilik və bacarıqlarını qiymətləndirən PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) beynəlxalq tədqiqatının əsas mərhələsi davam edir.

Bu barədə Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, bu il ilk dəfə olaraq ölkəmizdə qiymətləndirmə bütün regionlarda tam kompüter əsaslı şəkildə aparılır. Bu yanaşma müasir təhsil standartlarına uyğunluğun təmin olunmasına xidmət edir. Hazırda seçilmiş 241 məktəbdən 100-dən çoxunda qiymətləndirmə başa çatıb və 15 yaşlı 3500-dən çox şagird bu prosesdə iştirak edib.

PISA 2025 tədqiqatında 91 ölkə iştirak edir. Bu, tədqiqatın qlobal əhəmiyyətini və təhsil sistemlərinin beynəlxalq müqayisəsini təmin edir.

Qeyd edək ki, PISA qiymətləndirməsinin keçirilməsində əsas məqsəd 15 yaşlı şagirdlərin real həyatda bilik və bacarıqlarını tətbiqetmə səviyyəsini müəyyənləşdirmək, beynəlxalq səviyyədə dəyərləndirməkdir.

Ölkə üzrə qiymətləndirmə prosesi aprelin 16-dan başlanıb və may ayının son həftəsində yekunlaşacaq.

 

 

 

 


 

Xəbər lenti