Logo

BDU-da psixoloji və sosial dəstək sahəsində beynəlxalq təlim keçirilir

20.05.2025 18:14 37 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşkilatçılığı və Qazaxıstanın Psixoloji və Sosial Dəstək İnstitutunun təşəbbüsü ilə psixoloji və sosial dəstək sahəsində beynəlxalq elmi-praktik təlim keçirilir.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Qazaxıstanın Turan Universitetinin professoru Mansur Asimov və Qazaxıstan Milli Tibb Universitetinin professoru Firuzə Bağıyarova tərəfindən təqdim olunan “Yeni intervensiyalar: mental sağlamlıq mütəxəssisləri üçün “özünənəzarət” metodu ilə qısamüddətli psixoterapiya” adlı təlim proqramı 60 akademik saat (2 kredit olmaqla) davam edəcək. Təlimdə iştirakçılar klinik psixologiya və psixoterapiyada tətbiq edilən yeni nəsil metodlarla tanış olacaq, xüsusilə “özünənəzarət” metodunun nəzəri əsasları, strukturu və praktik tətbiq sahələrini öyrənəcəklər.

Təlimin məqsədi mental sağlamlıq sahəsində çalışan mütəxəssislərin diaqnostik və terapevtik bacarıqlarını inkişaf etdirmək, eləcə də qısamüddətli, inteqrativ yanaşmaların klinik praktikaya tətbiqini gücləndirməkdir.

Təlim nəzəri modullar və praktiki məşğələlərdən ibarət olub, klinik nümunələr əsasında real tətbiqlərlə müşayiət olunur.

Xəbər lenti