Logo

Kənd Təsərrüfatı Nazirliyi 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul elan edir

19.05.2025 11:04 38 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti və elmi tədqiqat institutlarına fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Sənəd qəbulu prosesi iyunun 2-də başa çatacaq.

Xəbər lenti