Logo

Monitorinqdən aşağı qiymət alan şagird sinifdə saxlanılacaq?

16.05.2025 12:20 120 baxış
IMG

Məlum olduğu kimi, mayın 17-də IV, mayın 18-də isə VI sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. Bəs monitorinq nəticəsi şagirdlərin sinifdən sinfə keçmələrinə təsir göstərəcəkmi?

TƏHSİL.BİZ  Təhsil İnstitutuna istinadən xəbər verir ki, monitorinqin nəticələri şagirdin məktəbdaxili qiymətləndirməsinin nəticələrinə və sinifdən sinfə keçmələrinə təsir göstərmir. Bu barədə məktəb sənədlərində qeyd aparılmır.

Qeyd olunur ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Xəbər lenti