Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bakalavriat səviyyəsi üzrə buraxılış kurs tələbələri Quba rayonunda çöl-tədris təcrübəsində olublar.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, təcrübə zamanı tələbələr çöl şəraitində elmi müşahidə metodlarını tətbiq edərək, müxtəlif bitki və heyvan növlərinin yaşayış mühitini öyrənib, bitkilərin morfoloji xüsusiyyətlərini təhlil ediblər.
Zooloji tədqiqatlar çərçivəsində müxtəlif növ canlıların areallarını müəyyənləşdirib, onların populyasiya sıxlığını müşahidə ediblər.
Təcrübə prosesi tələbələrə təbiətlə birbaşa ünsiyyət qurmaq, ekoloji tarazlığı və biomüxtəlifliyi daha dərindən anlamaq imkanı verib, onların gələcək elmi fəaliyyətləri üçün mühüm baza rolu oynayıb, eləcə də nəzəri biliklərini təcrübi fəaliyyətlə möhkəmləndirməyə imkan yaradıb.