Qarabağ Universitetinin İncəsənət fakültəsində istedadlı pianoçu Aynur Abdullayevanın “Kölgələrdən sonsuzluğa” adlı fortepiano musiqisi axşamı keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, konsert proqramında dünya musiqi tarixinin əfsanəvi siması, macar bəstəkarı Ferens Listin məşhur əsərləri səsləndirilib. Aynur Abdullayeva bu əsərləri Ferens List transkripsiyasında ifa edib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov konsertin yekununda bu cür tədbirlərin gənc nəsildə klassik musiqiyə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıb və Aynur Abdullayevaya dəyərli təşəbbüsünə görə təşəkkürlərini bildirib.