Logo

AMEA ərazisində keçirilən yaşıllaşdırma günləri elmi ictimaiyyətin ekoloji məsuliyyətini əks etdirir

14.05.2025 21:25 30 baxış
IMG

Mayın 14-də AMEA-nın Əsas binasının ərazisində yaz mövsümü ilə əlaqədar aparılan təmizlik, abadlaşdırma və yaşıllaşdırma işləri çərçivəsində növbəti dəfə respublikamızın bölgələrindən gətirilmiş müxtəlif növ gül kolları və ağac tingləri əkilib.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya ərazisində təmizlik, abadlaşdırma və yaşıllaşdırma günləri çərçivəsində aparılan ağacəkmə prosesinin ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və ətraf mühitin mühafizəsinə dəstək məqsədi daşıdığını, ekoloji balansın qorunmasına, biomüxtəlifliyin zənginləşdirilməsinə xidmət etdiyini söyləyib. Qeyd edib ki, bu günlərdə mütəmadi olaraq keçirilən aksiya həm də ekoloji maarifləndirmə məqsədi daşıyır və elmi ictimaiyyətin ekoloji məsuliyyətini əks etdirir.

Akademik İsa Həbibbəyli nadir flora nümunələrinin toplandığı AMEA-nın şəhərciyində yerləşən Nadir ağaclar parkında yaşıllıq zonasının nadir ağac və gül növləri ilə daha da zənginləşdiriləcəyini söyləyib, bu məqsədlə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

Daha sonra ölkəmizin iqlim şəraitinə uyğun olaraq əkilmiş gül kolları və ağaclara texniki qulluq göstərilib.

AMEA-nın Əsas binasının ərazisində yaz mövsümü ilə əlaqədar aparılan təmizlik, abadlaşdırma və yaşıllaşdırma işləri davam etdirilir.

Xəbər lenti