Logo

Gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib

15.05.2025 15:15 41 baxış
IMG

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənclər və İdman Nazirliyi ilə birgə “Faşizm üzərində qələbədə imzamız” mövzusunda gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan xalqının bu müharibədə göstərdiyi misilsiz xidmətlərdən danışıb. Akademik İsa Həbibbəyli bildirib ki, keçmiş SSRİ-nin tərkibində olan bütün respublikalar kimi, Azərbaycan da bu müharibədə yaxından iştirak edib, xalqımızın igid oğulları misilsiz qəhrəmanlıq nümunələri göstəriblər. AMEA prezidenti vurğulayıb ki, İkinci Dünya müharibəsi təkcə bir xalqın deyil, bütün keçmiş sovet xalqlarının ortaq tarixidir və bu tarixin obyektiv şəkildə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Sonra gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı Şahin İsmayılov və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

 

Xəbər lenti