Logo

Tələbələrin nəzərinə: Bakıda “EducationUSA” məzun sərgisi keçiriləcək

15.05.2025 11:16 47 baxış
IMG

ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almaqda maraqlı olan orta məktəb və universitet tələbələri, həmçinin onların valideynləri üçün “EducationUSA” məzun sərgisi təşkil edəcək.

Bu barədə TƏHSİL.BİZ -ə səfirlikdən məlumat verilib. Bildirilib ki, bu ictimai tədbirdə Azərbaycan məzunları və səfirlik nümayəndələri tərəfindən təmsil olunan 30-dan çox stend olacaq. Burada ABŞ səfirliyinin mübadilə proqramları ilə yanaşı, Amerika universitetləri və elmdən incəsənətə, biznesə və ictimai siyasətə kimi akademik sahələr nümayiş etdiriləcək. Sərgi tələbələrə və valideynlərə ABŞ-da təhsil, o cümlədən bakalavr, magistratura və mübadilə proqramları haqqında birbaşa məlumat almaq üçün dəyərli fürsət təqdim edir. Səfirliyin konsulluq işçiləri də tələbə vizaları ilə bağlı məlumatları bölüşmək üçün iştirak edəcəklər. Müvəqqəti işlər vəkili Hüqo Qevara açılış nitqi ilə çıxış edəcək.

Sərgi mayın 17-də saat 11:00-dan 14:00-a kimi “Landmark”ın Rotunda zalında baş tutacaq.

Son illər ABŞ-da təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb. 2023-2024-cü tədris ili ərzində ABŞ-ın ali təhsil müəssisələrində 1130 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 25,4 faiz çoxdur.

Səfirliyin ingilis dili və təhsil mübadilə proqramlarında çoxlu azərbaycanlı tələbələr iştirak edir. 1993-cü ildən bəri ABŞ hökuməti tərəfindən maliyyələşdirilən 50-dən çox mübadilə proqramında 8 mindən çox azərbaycanlı iştirak edib.

Tələbələr ABŞ universitetlərinə qəbul və maliyyə yardımı ilə bağlı valideynlərə və tələbələrə məsləhət verən “EducationUSA” məsləhətçiləri ilə ödənişsiz, fərdi məsləhətləşmələr apara bilərlər. Əlavə məlumat və “EducationUSA” məzun sərgisi üçün qeydiyyatdan keçmək üçün, Alumni Fair 2025 I EducationUSA Azerbaijan səhifəsinə daxil ola bilərsiz və ya [email protected] emaili ilə əlaqə saxlaya bilərsiniz.

 

Xəbər lenti