Logo

Lisey şagirdləri “Mədəniyyətlər Günü”nü qeyd ediblər

16.05.2025 11:39 50 baxış
IMG

Bakı İstanbul Liseyində “Mədəniyyətlər Günü” adlı tədbir keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, liseyin birinci sinif şagirdləri tədbirdə Türkiyə dövlətini təmsil ediblər. Onlar Türkiyə rəqslərini və mahnılarını ifa ediblər.

Tədbirdə, həmçinin Azərbaycan-Türkiyə qardaşlığından söz açılıb və türk şairlərinin şeirləri səsləndirilib. Sonda isə türk mətbəxi təqdim olunub.

Bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi uşaqlarda digər ölkələrin mədəniyyətlərinə maraq formalaşdırır.

Xəbər lenti