Logo

Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub

16.05.2025 17:21 48 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamı və “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” 8 may 2025-ci il tarixli Sərəncamına aid qarşıda duran vəzifələrdən danışıb. Onların yaradıcılığına həsr edilmiş konfransların keçirilməsi və “Sənətkarın elmi pasportu” seriyasında kitabların çap olunması ilə bağlı göstərişlər verib. Həmçinin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 aprel tarixli Sərəncamından irəli gələn məsələlərdən söz açıb. Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin bu istiqamətdə gördüyü uğurlu işləri xatırladıb. Şöbənin müdiri professor Vüqar Əhmədə Sərəncamın icrasına uyğun tapşırıqlarını verib.

Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses – 2024” Yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında məlumat verib. Daha sonra institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub, müvafiq qərarlar verilib.

Xəbər lenti