Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Aqrar Biznes Festivalı” keçirilib .
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, festival çərçivəsində “Dəqiq Kənd Təsərrüfatında Süni İntellektin Tətbiqi” layihəsi üzrə “Bootcamp” təşkil olunub.
Tədbirdə Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbələri Mehin Əliyeva və Aytac Rüstəmova ali məktəbi uğurla təmsil ediblər.
Onlar aqrar sahədə texnologiyaların tətbiqinə dair biliklərini artırmaqla yanaşı, real təcrübə də qazanıblar.