Logo

Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” mövzusunda elmi konfransı keçirilib

16.05.2025 12:00 88 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” mövzusunda XXV Respublika elmi konfransı keçirilib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, konfransda Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin direktoru Mais Süleymanov iştirakçıları fizika və astronomiyanın inkişaf meyilləri, aktual problemləri, BDU-da bu istiqamətdə həyata keçirilən layihələrlə tanış edib.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev qeyd edib ki, XXI əsr fundamental elmlərin, xüsusilə də fizika və astronomiyanın inkişafında dönüş nöqtəsi olub. O, müasir fizikanın inkişaf tendensiyaları, elmi fəaliyyətdəki çağırışlar, süni intellekt sahəsində fizika elminin mümkün töhfələri barədə danışıb və gənc tədqiqatçıların bu istiqamətlərə cəlb olunmasının zəruriliyini vurğulayıb.

BDU-nun Fizika Problemləri ETİ-nin direktoru Sədiyar Rəhimov konfransa Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin gənc tədqiqatçılarının da qatıldığını, ümumilikdə 108 materialın qəbul edildiyini bildirib.

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun baş direktoru Oktay Qasımov rəhbərlik etdiyi qurumda görülən elmi işlərdən danışıb, gənc tədqiqatçılar üçün belə imkanın yaradılmasına görə təşəkkür edib.

Sonra plenar məruzələr dinlənilib. Konfrans işini 5 bölmədə davam etdirib.

Xəbər lenti