AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova Türkiyənin Muş şəhərində keçirilən 5-ci Beynəlxalq Türkoloji Araşdırmalar Konfransında onlayn iştirak edib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, şərqşünas alim konfransda “Bakı şəhəri Osmanlı sənədlərində (XIX əsrin sonu - XX əsrin əvvəlləri)” mövzusunda məruzə edib.
Məruzədə qeyd olunur ki, Osmanlı arxivlərində qorunan və tarixçilərin, filoloqların, coğrafiyaşünasların və başqalarının daim müraciət etdiyi bu sənədlər tədqiqat zamanı müxtəlif məsələlərə daha fərqli və tənqidi yanaşmaq üçün çox önəmlidir. Bu cəhətdən məruzədə XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda baş vermiş ictimai-siyasi hadisələr arxiv sənədlərinin məlumatları əsasında təhlil edilib və müvafiq nəticələr əldə olunub.