Logo

Azərbaycan alimi Türk Ədəbiyyatı Vəqfinin medalına layiq görülüb

16.05.2025 08:52 99 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Doğumunun 100-cü ildönümündə Şeyxülmuharririn Ahmet Kabaklı” medalına layiq görülüb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, həmçinin Vüqar Əhməd Türk dünyası və türk mədəniyyətinə göstərdiyi xidmətlərə görə bu qurumun fəxri üzvü seçilib. Medalın və üzvlük vəsiqəsinin təqdimetmə mərasimi Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilib.

Xəbər lenti