Logo

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12.06.2025 17:01 61 baxış
IMG

Bu gün Azərbaycanda kitabxana modeli dəyişib.

TƏHSİL.BİZ  "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Texniki Universiteti Kitabxana İnformasiya Mərkəzinin açılışında deyib.

Onun sözlərinə görə, hazırda kitabxanaların texnoloji avadanlıqlarla təmin edilməsi oxucular üçün çox böyük üstünlükdür:

"Bu gün ölkəmizdə artıq beynəlxalq standartlar səviyyəsində Kitabxana İnformasiya mərkəzləri qurulur. Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub. 80-ci illərdə kitabxanalarda ya hansısa kitablar tapılmırdı, ya da tapılan kitabların müəyyən səhifələri oxucular tərəfindən cırılmış vəziyyətdə olurdu".

İ.İsayev qeyd edib ki, Kitabxana İnformasiya Mərkəzində yaradılan təhlükəsizlik sistemi bütün bu problemləri kökündən həll edir və Azərbaycanda kitabxana modelini yeni mərhələyə daşıyır. 


 

Xəbər lenti