Logo

ADPU-nun Şəki filialında “Açıq qapı” günü keçirilib

16.05.2025 11:46 76 baxış
IMG

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü çərçivəsində  Şəkinin orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri filialda olublar. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə filialın rəhbərliyi və müvafiq struktur bölmə rəhbərlərinin qonaqlarla görüşü keçirilib. 
Görüşü filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva açaraq, “Açıq qapı” gününün məqsədi barədə məlumat verib, filialın fəaliyyətindən, uğurlarından söz açıb. 
Tədbirdə Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov çıxış edərək filialda kadr hazırlığı aparılan ixtisaslar, kadr potensialı, maddi-texniki baza, qazanılan uğurlar barədə danışıb və şagirdləri gələcəkdə filialın tələbələri sırasında görmək arzusunu bildirib. 
 Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva filialın keçdiyi yol, fəaliyyət istiqamətləri, tədris prosesi barədə təqdimatla çıxış edib. Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Tələbə Elmi Cəmiyyətinin sədri, baş muəllim Səadət Feyzullayeva, Pedaqoji fakültənin dekan müavini baş müəllim Mehriban Kərimova sagirdlərə filialda tələbə həyatı, keçirilən tədbirlər barədə məlumat verib və onları maraqlanıiran suallar cavablandırılıb. 
Sonda sagirdlər filialın fakültə, kafedra və müxtəlif şöbələrdə iş və tədris prosesi ilə yaxından tanış olublar.

Xəbər lenti