Biologiya fənni üzrə beynəlxalq olimpiadalara seçmə imtahanı keçiriləcək. Sözügedən imtahanın nəticələrinə əsasən şagirdlər Beynəlxalq Biologiya Olimpiadasına (IBO) seçiləcəklər.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, seçmə imtahanı 17, 18 may 2025-ci il tarixlərində saat 10:00-da ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində baş tutacaq.
Şagirdlərə yalnız elmi kalkulyatordan istifadəyə icazə veriləcək, lakin qrafik kalkulyatora icazə verilməyəcək.
Qeyd edək ki, imtahanda Beynəlxalq olimpiada mərkəzinin şagirdləri və cari ildə Respublika Fənn Olimpiadalarında medal qazanan 9,10,11-ci sinif şagirdləri iştirak edə bilər.