Logo

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16.05.2025 16:15 89 baxış
IMG

İtaliyanın Siena Əcnəbilər Universitetinin rektoru professor Tomaso Montanarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan bildirilib. Dəyirmi masa ətrafında təşkil olunan görüşdə qonaqlara AzMİU-nun fəaliyyəti, tədris strukturu və beynəlxalq əlaqələri barədə məlumat verilib. Tədris işləri üzrə prorektor Akif Qasımov bildirib ki, memarlıq və inşaat təhsili sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan AzMİU-nun məzunları ölkənin inkişafında mühüm rol oynayır. Hazırda universitetdə 600-dən artıq professor-müəllim çalışır və tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Memarlıq və dizayn ixtisaslarında italyan dili də tədris olunur.

Prorektor qeyd edib ki, universitetdə italyan dilinin tədrisinə xüsusi diqqət ayrılır və bu istiqamətdə tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas prioritetlərdəndir.

Rektor Tomaso Montanari çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, akademik strukturu və beynəlxalq əlaqələri barədə məlumat verib. O, AzMİU ilə qurulacaq tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, xüsusilə memarlıq və dizayn sahəsində italyan dilinin tədrisinə dəstək verə biləcəklərini və bu sahədə əməkdaşlığa açıq olduqlarını bildirib.

Tərəflər görüş zamanı əsas diqqəti AzMİU-da italyan dilinin tədrisinə yönəldərək bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Danışıq zamanı dil kurslarının təşkili, yay və qış məktəblərinin keçirilməsi, tədris resurslarının təkmilləşdirilməsi və müəllim-tələbə mübadiləsi kimi istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Xəbər lenti