Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2025-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.
UNEC-dən TƏHSİL.BİZ -ə bildirilib ki, doktorantura pilləsinə qəbul ali təhsilin magistratura səviyyəsini başa vurmuş (magistr dissertasiyasını müdafiə etmiş) və ya ona bərabər tutulan təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.
Sənədlər iyunun 2-dək yalnız portal.edu.az platforması üzərindən elektron şəkildə (PDF formatında) təqdim olunmalıdır.
Qəbul olunan iddiaçılar iyun ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan xarici dil fənni üzrə imtahanda iştirak edəcəklər. Bu imtahanda keçid balı toplamış şəxslər fəlsəfə, daha sonra isə ixtisas fənləri üzrə imtahanlara buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın sentyabrın 2-4-də, ixtisas fənni üzrə imtahanın isə sentyabrın 9-11-də keçirilməsi nəzərdə tutulub.
İxtisaslar və plan yerləri haqqında məlumat unec.edu.az saytının qəbul bölməsində yerləşdirilib.
Ünvan: Bakı şəhəri, Abbas Səhhət küçəsi 45A, UNEC-in IV tədris binası (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yanı), otaq 104, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi