Logo

BANM-də “Açıq qapı” günü keçirilib

17.05.2025 19:19 45 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirin ilk hissəsində rektor Elmar Qasımov abituriyentləri və valideynləri salamlayıb. Rektor universitetdə SOCAR rəhbərliyinin dəstəyi ilə tələbələr üçün yüksək səviyyəli təhsil və inkişaf imkanlarının yaradıldığını vurğulayıb və auditoriyanın suallarını cavablandırıb. 

Strateji inkişaf üzrə prorektor Güldənə Hidayətli “Açıq qapı” iştirakçıları üçün BANM haqqında təqdimat nümayiş etdirib, tədris prosesi haqqında ətraflı məlumat verib.

Kampus turunda İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Biznesin idarə edilməsi ixtisasları haqqında məlumat sessiyaları keçirilib.

 



 

Xəbər lenti