Logo

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

17.05.2025 19:17 45 baxış
IMG

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və “Maqnat” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş 19-cu Fakültələrarası “Brain Ring” intellektual yarışı keçirilib.

ADNSU-dan TƏHSİL.BİZ -əbildirilib ki, yarışda 7 fakültənin, SABAH qruplarının, BA proqramlarının və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetindən ümumilikdə 18 komandadan ibarət tələbələr iştirak ediblər.

Bilik yarışında Kimya texnologiya fakültəsi birinci yeri tutaraq qalib adını qazanıb. Qaz-neft-mədən fakültəsi ikinci, İnformasiya texnologiyaları və idarəetmə fakültəsi isə üçüncü yerə layiq görülüb.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qalib komandaları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda yarışın qaliblərinə kubok, medal və hədiyyələr təqdim olunub.

 



 

Xəbər lenti