3 may tarixində keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib.
TƏHSİL.BİZ xəbər verir ki, bu mərhələdə hər bir region üzrə ən yüksək nəticə göstərmiş 70 və 70-ci yerlə eyni balı toplayan şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ əldə ediblər.
Şagirdlər öz nəticələri ilə yerli təhsil idarəetmə orqanları vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, olimpiadanın yarımfinal mərhələsi 24 may tarixində təşkil ediləcək. İmtahan saat 11:00-da başlayır. Şagirdlər saat 10:00-dan gec olmayaraq təyin olunmuş mərkəzlərdə olmalıdırlar. İmtahanda iştirak üçün şagirdlər tərəfindən şəxsiyyət vəsiqələrinin təqdim olunması tələb olunur.
Qərbi Azərbaycanın ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı spesifik mövzuların olacağını nəzərə alaraq suallar yalnız Azərbaycan dilində tərtib ediləcək.