Voleybol idman növü üzrə respublika birinciliyinin zona mərhələsi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, yarış “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarış Şəki şəhəri 7 nömrəli tam orta məktəbin idman zalında keçirilib.
Final mərhələsinə 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, Qəbələ uşaq-gənclər idman-şahmat məktəbi, Şəki uşaq-gənclər idman-şahmat məktəbinin komandaları vəsiqə qazanıb.
Qeyd edək ki, final mərhələsi 5 iyun 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək.