Logo

Məktəblilər arasında voleybol üzrə respublika birinciliyi keçirilib

19.05.2025 12:00 47 baxış
IMG

Voleybol idman növü üzrə respublika birinciliyinin zona mərhələsi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, yarış “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarış Şəki şəhəri 7 nömrəli tam orta məktəbin idman zalında keçirilib.

Final mərhələsinə 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, Qəbələ uşaq-gənclər idman-şahmat məktəbi, Şəki uşaq-gənclər idman-şahmat məktəbinin komandaları vəsiqə qazanıb.

Qeyd edək ki, final mərhələsi 5 iyun 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək. 

 

 

 

 


 

Xəbər lenti