Gəncə Dövlət Universitetinin (GDU) Xarici dillər fakültəsində “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm” mövzusunda ustad dərsi təşkil olunub. Universitetin Nuru Paşa adına kitabxanasında keçirilən dərsdə professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Universitetdən TƏHSİL.BİZ -in bölgə müxbirinə bildirilib ki, ustad dərsində Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məsməxanım Qazıyeva dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında multikultural dəyərlərin təcəssümündən ətraflı bəhs edib. Professor bildirib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri multikultural mühit, çox mədəniyyətlilik elementləri və dəyərləri ilə zəngindir. Şairin poeziyasında humanizm, tolerantlıq, bərabərlik ideyaları xüsusi yer tutub.
Sonda tələbələr tərəfindən verilən suallar ətrafında müzakirələr aparılıb.