Logo

Bakı Ali Neft Məktəbində doktoranturada təhsil almaq istəyənlərin nəzərinə

20.05.2025 18:11 42 baxış
IMG

Bakı Ali Neft Məktəbinə doktoranturaya elektron sənəd qəbulu prosesi mayın 13-dən iyunun 2-dək keçiriləcək.

Ali məktəbdən TƏHSİL.BİZ -ə bildirilib ki, 2025-ci il üzrə doktorantura səviyyəsinə qəbul neft və qaz yataqlarının işlənməsi və istismarı, kimya texnologiyası və mühəndisliyi, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) ixtisasları üzrə aparılacaq.

Doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti isə 4 il nəzərdə tutulur.

Qəbul üçün müvafiq sənədlər tələb olunur.

Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 521-33-63 (Elmi katib) nömrəsinə zəng etməklə ala bilərlər.

Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavablar ilə linkə daxil olaraq tanış olmaq mümkündür.

Xəbər lenti