Logo

Dövlət Proqramı iştirakçısı beynəlxalq simpoziumda iştirak edib

20.05.2025 14:41 77 baxış
IMG

Dövlət Proqramı iştirakçısı “London Polymer Group 2025” simpoziumunda iştirak edib.

TƏHSİL.BİZ  xəbər verir ki, Dövlət Proqramı iştirakçısı Xədicə Axundova tədqiqat posteri ilə SEMS-nin (School of Engineering and Materials Science) daxilində keçirilən tədbirdə bütün tələbələr arasında “ən yaxşı poster” nominasiyasına layiq görülüb. Bu uğuru münasibətilə Xədicə Axundovanı məktəbin rəhbəri Prof. Hazel Screen də təbrik edib.

Qeyd edək ki, Xədicə Axundova "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "Queen Mary University of London" ali təhsil müəssisəsində “Mühəndislik" ixtisas üzrə magistratura səviyyəsində təhsil alır.

 

 

 


 

Xəbər lenti