Logo

BANM ilə Malayziyanın Petronas Texnoloji Universiteti arasında əməkdaşlıq yaradılır

20.05.2025 18:06 38 baxış
IMG

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Malayziyanın Azərbaycan Respublikasındakı Səfirliyi və Petronas Texnoloji Universitetinin (PTU) nümayəndə heyəti ilə akademik əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparıb.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə Malayziya Səfirliyinin ikinci katibi xanım Nurul Ain Məhəmməd Fadhil, PTU-nun magistratura və tədqiqat üzrə dekanı cənab Fadzil Həsən, PTU-nun öyrənmə strategiyası və biznesin inkişafı üzrə meneceri cənab Məhəmməd Əzfər Bin Məhəmməd və PTU-nun biznesin inkişafı və akademik planlaşdırması üzrə baş icraçı direktoru cənab Mohd Faizal Bin Bidin iştirak ediblər.

PTU Malayziyanın neft və qaz sahəsində transmilli korporasiyası olan “PETRONAS” şirkətinə məxsus özəl tədqiqat universitetidir. 2023-cü ildə universitet “Times Higher Education World University Rankings”ə görə Malayziyanın ən yaxşı universiteti kimi qiymətləndirilib.

 

 

 

 


 

Xəbər lenti