Logo

Dövlət Proqramı iştirakçısı ABŞ-nin akademik fəxri cəmiyyətinə üzv seçilib

20.05.2025 18:07 36 baxış
IMG

Dövlət Proqramı iştirakçısı ABŞ-nin nüfuzlu akademik fəxri cəmiyyəti olan "Phi Kappa Phi"yə üzv seçilib.

TƏHSİL.BİZ xəbər verir ki, Kənan Abdiyevin üzvlüyü akademik müvəffəqiyyətlərinə əsaslanaraq Merilend Universitetinin “College Park” kampusunda ənənəvi mərasim ilə təsdiqlənib. Sözügedən mərasimdə çıxış edən Proqram iştirakçısı akademik uğurunda Azərbaycan dövlətinin xüsusi dəstəyini vurğulayıb.

“Phi Kappa Phi” təşkilatı 1897-ci ildə təsis olunub və ABŞ-nin bütün akademik sahələri üzrə ən qədim fəxri cəmiyyətlərindən biridir. Cəmiyyətin üzvlüyü universitetdə ən yüksək nəticələr göstərən tələbələrə verilir. Bakalavr səviyyəsində ilk 7.5%-ə daxil olan və ya magistratura səviyyəsində ilk 10%-lik akademik nəticə göstərən şəxslər namizəd olmaq şansı qazanırlar.

Cəmiyyətin üzvləri arasında ABŞ prezidentləri, Nobel mükafatı laureatları və aparıcı şirkət rəhbərləri də yer alır. Hazırda bu cəmiyyətin 300-dən çox universitetdə fəal bölmələri mövcuddur. “Phi Kappa Phi” cəmiyyətinin əsas məqsədi bütün ali təhsil sahələrində akademik mükəmməlliyi tanıtmaq və təhsildə uğur qazanan şəxsləri elmi və ictimai fəaliyyətlərə təşviq etməkdir. Cəmiyyət hər il tələbələrə və tədqiqatçılara 1 milyon ABŞ dollarından çox qrant və təqaüd təqdim edir.

Bundan əlavə, Kənan Abdiyev payız semestrini 4.0 ÜOMG ilə başa vurub, hazırda isə Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyində təcrübə proqramı keçir.

Xatırladaq ki, Kənan Abdiyev "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "University of Maryland" ali təhsil müəssisəsində “Dövlət idarəetməsi" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

 

 

 

 


 

Xəbər lenti