Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 2025-ci ilin ilk “İnformasiya bülleteni” işıq üzü görüb.
MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, nəşrdə 2025-ci ilin birinci rübündə MEK fonduna daxil olan Azərbaycan, rus, ingilis və digər dillərdə kitablar, dövri və ardıcıl nəşrlər, avtoreferatlar üzrə biblioqrafik məlumatlar əks olunub.
Bülletenə, həmçinin bu dövrdə kitabxanaya hədiyyə edilmiş akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyasından nümunələr daxil edilib.
Bülletenin sonunda 2025-ci ilin yanvar-mart ayları ərzində MEK-də təşkil olunmuş tədbirlərin xronoloji icmalı yer alır. Tədbirlərlə bağlı ətraflı materiallara keçidlər isə müvafiq QR-kodlar vasitəsilə təqdim olunub.