Logo

Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb

21.05.2025 12:04 45 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə 21-ci Dünya Təhsil Forumu çərçivəsində nümayəndə heyətinin ikitərəfli görüşləri davam edir. Forum çərçivəsində nümayəndə heyəti Türkiyənin milli təhsil naziri Yusuf Tekin və Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş ilə görüşüb.

TƏHSİL.BİZ  xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında ümumi təhsil, peşə təhsili və ali təhsil sahələrində mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti