Logo

Şərqşünaslıq İnstitutunun əməkdaşı Ankarada keçirilən beynəlxalq konfransda məruzə edib

21.05.2025 17:14 42 baxış
IMG

AMEA-nın Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Ankarada Tokat Qaziosmanpaşa Universiteti, Ankara Universiteti, Türkiyə Statistika Qurumu, Türk Statistika Dərnəyi, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Vilnüs Gediminas Texniki Universiteti və Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə baş tutan VI Beynəlxalq Tətbiqi Statistika Konfransında onlayn iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, “Məhəmməd Füzulinin “Söhbətül-əsmar” alleqorik poeması biblioqrafik göstəricilərdə” adlı məruzə ilə çıxış edən Fidan Nəsirova poemanın dahi şairə məxsus olub-olmaması ilə bağlı şübhə və tərəddüdlər, filoloji-nəzəri müstəvidə tədqiqatçılar arasındakı fikir ayrılığı kimi problemləri qabartmaqla əsərin ideya-bədii xüsusiyyətləri, forma və məzmun özəllikləri haqqında da konfrans iştirakçılarına məlumat verib. Məruzədə, həmçinin “Söhbətül-əsmar” alleqorik mənzuməsinin sistemləşdirilmiş axtarış resurslarına, biblioqrafik toplulara əsasən tədqiq dərəcəsi araşdırılıb.

Xəbər lenti