Logo

Aşqarlar Kimyası İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

21.05.2025 16:14 48 baxış
IMG

Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 21-də Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

İnstitutun icraçı direktoru professor Əfsun Sucayev çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib və bu il müasir Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümüdür: “Bu tarix heç də təsadüfü seçilməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət edib”.

44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirlərində Azərbaycan Ordusunun şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən icraçı direktor hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını bildirib.

Ə.Sucayev sonda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar maarifləndirici və təbliğat xarakterli bir sıra tədbirlərin keçiriləcəyini nəzərə çatdırıb. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva “Konstitusiyamızın tarixi” adlı təqdimatla çıxış edib.

Tədbirdə institutun alimləri suverenlik və ərazi bütövlüyün dövlət atributu kimi əhəmiyyətindən danışıblar.

Xəbər lenti