Logo

BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün qeydiyyat aparılır

21.05.2025 16:46 56 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 22-də BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

Mərkəzdən TƏHSİL.BİZ -ə bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

BB vəzifə qrupu üzrə test imtahanı 22 iyun saat 11:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat 21 may 2025-ci il saat 14:30-dan 12 iyun saat 14:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.

Xəbər lenti