Logo

Bakıda “Çin dili körpüsü” müsabiqəsinin finalı keçirilir

21.05.2025 15:18 87 baxış
IMG

Mayın 21-də Bakı Dövlət Universitetinin Konfutsi Mərkəzi və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə XXIV “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan final mərhələsi keçirilir.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev və Çinin Azərbaycan Respublikasındakı səfiri Lu Mey açılış nitqi ilə çıxış ediblər.

Çıxışlarda Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan ilə Çin arasında əməkdaşlıq geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə edib.

Tədbirdə, həmçinin BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, BDU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU-da fəaliyyət göstərən Konfutsi mərkəzinin direktoru Vanq Haoqianq iştirak ediblər.

Müsabiqənin Azərbaycan mərhələsində finala on iştirakçı yüksəlib.

Xəbər lenti