Logo

BSU H-indeks göstəricilərində 10 pillə irəliləyib!

21.05.2025 15:30 76 baxış
IMG

Azərbaycan Milli H-indeks Reytinqinin 2025-ci ilin II rübü üzrə nəticələri açıqlanıb. Reytinq cədvəlində ölkənin 100-ə yaxın ali təhsil müəssisəsi və elmi-tədqiqat institutları yer alıb.

Bakı Slavyan Universiteti (BSU) bu dəfəki nəticələrə əsasən H indeksi üzrə ən sürətli yüksəliş nümayiş etdirən ali təhsil müəssisələrindən biri kimi qeydə alınıb. Universitet əvvəlki reytinqlə müqayisədə 10 pillə irəliləyərək ümumi sıralamada 46-cı yerə yüksəlib. Bu göstərici BSU-da elmi fəaliyyət sahəsində müşahidə olunan davamlı inkişafı əks etdirir.

Eyni zamanda, BSU-nun bir neçə əməkdaşı Google Scholar elmi bazası üzrə tərtib olunan “TOP 1000 Azərbaycanlı Alim” siyahısında yer alıb.

2025-ci ilin II rübü üzrə BSU-nun H-indeks göstəriciləri:

Milli H-indeks: 5 (+2 artım)

Scopus H-indeks: 3 (sabit)

Web of Science H-indeks: 3 (+1 artım)

Google Scholar H-indeks: 15 (+9 artım)

Xəbər lenti