Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək.
TƏHSİL.BİZ “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə məlumat verib.
Onun sözlərinə görə, Əziz Səncər Türk dünyasının mədəniyyət elçisidir və türk elminin inkişafına böyük töhfə verib.