Logo

“Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlandı

22.05.2025 11:14 36 baxış
IMG

17 və 18 may tarixlərində beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı olan analitik təhlil imtahanı keçirilib. İmtahana qatılan 5813 namizəddən 1478 iştirakçı müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

TƏHSİL.BİZ xəbər verir ki, imtahanda iştirakçılara verbal, rəqəmsal və abstrakt təhlil olmaqla, 3 blok üzrə suallar təqdim olunub. İmtahana ümumilikdə 3 saat vaxt ayrılıb.

Analitik təhlil imtahanının keçid balı 560 T-şkala olaraq müəyyən edilib.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanıb. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

Analitik təhlil imtahanından uğurla keçən iştirakçılar müsabiqənin İdarəetmə bacarıqları üzrə imtahanında iştirak hüququ əldə edəcəklər.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti