Logo

20 nömrəli məktəb-liseydə bullinqə qarşı mübarizə mövzusunda tədbir keçirilib

22.05.2025 11:54 45 baxış
IMG

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bullinqə qarşı maarifləndirmə məqsədi ilə “Bullinqə YOX deyək!” adlı tədbir təşkil olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə, 49 nömrəli İntellekt məktəb-liseyin psixoloqu Aysel Məmmədova və 112 nömrəli məktəbin psixoloqu Afaq Hacılı-Əliyeva iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Esmira Ağayeva bullinq mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Qonaqlar da öz növbəsində tədbir barədə fikirlərini bölüşüb, belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.

Daha sonra şagirdlərin ifasında bullinq mövzusuna dair şeirlər səsləndirib, səhnəciklər təqdim olunub, musiqi və rəqs nömrələri nümayiş etdirilib.

Qeyd edək ki, tədbir məktəbin psixoloqları Səbinə Sadıqova və Fidan Rzayeva tərəfindən təşkil olunub.

 

 

 

 


 

Xəbər lenti