Logo

BANM nümayəndələri İndoneziya səfirliyində

23.05.2025 08:59 30 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İradə Əhmədova və Arzu Bədəlova İndoneziyanın Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Vanda Vindya ilə görüş keçiriblər.

Ali məktəbdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.

Tədbirdə BANM-in fəaliyyəti, növbəti tədris ili üzrə qəbul kampaniyası çərçivəsində təqdim olunan proqramlar, həmçinin indoneziyalı tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat verilib.

Vanda Vindya İndoneziya səfirliyində təhsil və mədəniyyət sahəsində əməkdaşlığa məsul şəxsdir.

Xəbər lenti