Logo

ADMİU H-indeks göstəricilərində üç pillə irəliləyib

23.05.2025 08:44 31 baxış
IMG

“National H-index Ranking” tərəfindən 2025-ci ilin ikinci rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması – “Azerbaijan National H-index Ranking-2024” açıqlanıb. 

TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ötən illə müqayisədə üç pillə irəliləyərək milli H-indeksi (National H-index) olmaqla 47-ci sırada qərarlaşıb. Universitet “Scopus” üzrə H-indeksi 1, “Web of Science” üzrə 2, “Google Scholar” üzrə isə 20-ə bərabər olub.

Qeyd edək ki, “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 95 elmi təşkilatının və universitetinin elmi fəaliyyəti analiz edilib. 

 


 

Xəbər lenti