Bakı Dövlət Universiteti (BDU), Dövlət Məşğulluq Agentliyi və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Karyera Festivalı başlanır.
TƏHSİL.BİZ xəbər verir ki, Karyera Festivalında BDU-nun tələbə və məzunlarına 100-dən çox işəgötürən 1200-dən artıq vakansiya, 500-dək təqaüd proqramı təqdim edir.
Festivalın keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir.
“Açıq qapı” formatında təşkil ediləcək festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran şəxslər də iştirak edə bilərlər.
Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vörkşop və seminarların keçirilməsi, simulyasiya və startap güşələrinin təşkili nəzərdə tutulub.