Logo

Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb

24.05.2025 18:36 53 baxış
IMG

25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb. Uşaq bağçasının boru xətləri mart ayının bayram günlərində təmir edilib.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, bağçanın pəncərələri ilə bağlı məsələ də BŞTİ tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda məsələnin həlli istiqamətində müvafiq işlər görüləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Xəbər lenti