Logo

“Rəqəmsal əsrdə suverenliyin naviqasiyası” mövzusunda forum keçirilir

30.05.2025 12:49 73 baxış
IMG

Mayın 30-da Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə “Rəqəmsal əsrdə suverenliyin naviqasiyası” mövzusunda forum keçirilir.

TƏHSİL.BİZ  xəbər verir ki, forum Ankara Hacı Bayram Vəli Universiteti, İbn Haldun Universiteti, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzi və İstanbul Mədəniyyət Universitetimin tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı süni intellekt texnologiyalarının yaranma tarixindən və internetin müasir dövrdəki rolundan bəhs edib. Professor süni intellektin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Sonra elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, İbn Haldun Universitetinin professoru Özgan Akgün, Ankara Sosial Elmlər Universitetinin professoru Muhittin Ataman, Hacı Bayram Vəli Universitetinin professoru Firat Purtaş mövzu ilə bağlı çıxış ediblər.

Forum mayın 31-dək davam edəcək.

Xəbər lenti