İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq Festivalı keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib asudə vaxtını keçirə biləcək.