Logo

LDU-da “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib

29.05.2025 15:27 57 baxış
IMG

Mayın 29-da Lənkəran Dövlət Universitetində Lənkəran Regional Ədliyə İdarəsi və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kolleclə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq görüşün mahiyyəti, insan hüquq və azadlıqları haqqında məlumat verib. Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi, ədliyyə müşaviri Taleh Quliyev çıxışında hər bir şəxsin öz hüquq və azadlıqlarını bilməsinin vacibliyi, bu istiqamətdə görülən işlər haqqında danışıb. Bildirib ki, bu cür tədbirlər insan hüquqlarının təşviqinə və müdafiəsinə böyük töhfə verir, həmçinin hüquq pozuntularına qarşı cəmiyyətin həssaslığını artırır.

Tədbirdə Lənkəran Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Aqil Salmanov çıxış edərək konstitusiya və digər hüquqi aktlarda insan hüquq və azadlıqlarına aid olan maddələr və müddəaları ətraflı şərh edib, ədliyyə orqanlarının vəzifə səlahiyyətləri haqqında məlumat verib.

Lənkəran Regional Ədliyyə İdarəsinin aparıcı məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Elgün Ataxanlı “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti, bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələr haqqında söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 


 

Xəbər lenti