Logo

Bəxtiyar Aslanbəyli: Əmək bazarında dəyişikliklərin sürəti inanılmaz dərəcədə yüksəkdir

30.05.2025 11:06 101 baxış
IMG

bp olaraq həyata keçirdiyimiz sosial layihələrin 75 faizi ətraf mühitlə bağlıdır, həmçinin kiçik və orta biznesin dəstəklənməsi layihələri də var. Amma bütün bu istiqamətlərin əsası təhsil layihələridir.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əmək bazarında dəyişikliklər hər zaman olub, lakin hazırda dəyişikliklərin sürəti inanılmaz dərəcədə yüksəkdir.

“Kompüterə qədərki dövr, kompüterdən sonrakı dövr, mobil telefonlara qədərki iş həyatı, mobil telefonlardan sonrakı iş və sosial həyat dəyişiklikləri sürətləndirdi. Yeni rəqəmsal biliklər və süni intellekt həmin o dəyişikliklərdən biridir. Bizim vətəndaşlarımız bu dəyişikliklə hazır olarsa ümumi cəmiyyətimizin, milli maraqlarımızın xeyrinədir. Ona görə də bu tipli təlimlərin bütün vətəndaşlara əlçatan olması bizim üçün də çox sevindiricidir”, - deyə Bəxtiyar Aslanbəyli əlavə edib.

Xəbər lenti